Xaçmazda Sumqayıt sakininin meyiti tapıldıbackend

Xaçmazda Sumqayıt sakininin meyiti tapıldı

Xaçmazda Sumqayıt sakini, 1962-ci il təvəllüdlü Əliyev İsmayıl Bəxtiyar oğlunun meyiti tapılıb.

KONKRET.az Report-a istinadla xəbər verir ki, meyit şəhərin Bakı prospektində yeni inşa olunan, yaxın günlərdə açılışı gözlənilən marketin ərazisində tapılıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, sözügedən ərazinin bir qismində tikinti işləri gedir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*