Xalq artisti Afaq Bəşirqızı danışdı: “Çox utandım, onların adından üzr istəyirəm”backend

Xalq artisti Afaq Bəşirqızı danışdı: "Çox utandım, onların adından üzr istəyirəm"

Ötən gün bir qrup feministin paytaxt küçələrində yaratdığı hay-həşir cəmiyyətdə kəskin etirazla qarşılanıb. Əllərindəki plakatlarda əsl mahiyyətlərini ifadə edən bu insanların milli-mənəvi dəyərlərimizə zərbə vurmaq niyyətləri açıq-aşkar görünür. Bu nöqteyi-nəzərdən sosial şəbəkələrdə prosesi izləyən hər kəs bu feministlərə qarşı ciddi etirazlarını bildirərək Azərbaycan qadını adına yaraşmayan hər bir hərəkəti qəti şəkildə pisləyir.

KONKRET.az-a məsələ ilə bağlı xalq artisti Afaq Bəşirqızı da münasibətini bildirib:

“Mən bu aksiyanı öncə analar günündə bir ay müddətində dörd şəhid vermiş Azərbaycanda günahsız tökülən qanlara, təcavüzə, azğın müharibəyə qarşı bildim. Lakin aksiyanı görəndə, izləyəndə çox utandım. Oradakı gənc qızlar müraciətlərini oxuyanda belə başa düşdüm ki, İstanbul Konvensiyasını Azərbaycanda da ratifikasiya etdirmək istəyirlər. Onda elə çıxır ki, əllərindəki şüarları da həmin konvensiyaya əlavə etdirmək istəyirlər?!  Bu, çox utandırıcıdır. Buna görə şəxsən mən qadın adını müqəddəs bilən, uca tutan, dünənki əziz gündə öz ana-bacılarını, sevgililərini, ömür-gün yoldaşlarını təbrik edən bütün ata və qardaşlarımdan, oğullarımdan, ümumiyyətlə, həmin görüntülərə baxan bütün həmyerlilərimdən dönə-dönə üzr istəyirəm”.

Sevinc PAŞAYEVA,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*