Xalq artisti tamaşa zamanı vəfat etdibackend

Xalq artisti tamaşa zamanı vəfat etdi

Rusiyanın xalq artisti Leonid Remnev tamaşa zamanı dünyasını dəyişib.

KONKRET.az Baku.vs-ə istinadən xəbər verir ki, o, ötən gün Nijni Novqorod Gənclər Teatrında Sergey Jeleznovu oynadığı “Vassa” tamaşasında vəfat edib.

Qeyd edək ki, Remnev 1946-cı il avqustun 2-də doğulub. Qorki adına Teatr Məktəbini və Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Remnev 1972-ci ildən işlədiyi Nijni Novqorod Gənclər Teatrının aparıcı aktyoru olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*