Naxçıvan Ali Məclisinin deputatı, xalq artisti Həsən Ağasoyun səhhətində problem yaranıb.
KONKRET.az xəbər verir ki, belində güclü ağrılar əmələ gələn sənətçi evində müalicə olunmağa başlayıb.
“Dünən iş yerimdə boşluqdan zirzəmiyə yıxıldım. Belimdə güclü ağrılar var. Hazırda evdə müalicəm davam edir. İnşallah, yaxşı olar, düzələcəm! Kollektivim məni tək qoymadı. Sağ olsunlar”, – deyə H.Ağasoy vurğulayıb. (OLAY)