Xamenei Zəngəzur dəhlizinə dair daha bir təhdid dolu paylaşım edib.
KONKRET.az xəbər verir ki, bu barədə İranın dini rəhbəri öz Tvitter hesabında ikinci dəfə Ermənistan-İran sərhədindən yazıb.
O, Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutaraq hədələyici tonda yazıb:
“İslam Respublikası İran-Ermənistan sərhədinin bağlanmasına səbəb olacaq siyasət və ya planlara dözməyəcək”.
Xatırladaq ki, bundan əvvəl də Türkiyə Prezidenti ilə görüşdən sonra Əli Xamenei “Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Amma əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olarsa, İran buna qarşı çıxacaq. Ona görə ki, bu sərhəd bir neçə min illik əlaqə yoludur”, – deyə paylaşım etmişdi.
Qeyd edək ki, Xameneinin bu paylaşımı həm İranda, həm də Azərbaycanda narazılığa səbəb olub.

Xuraman Etibarlı,
KONKRET.az
