Xameneinin Azərbaycan dilindəki Tvitter hesabında təhdid mesajı PAYLAŞILDI – FOTObackend

Xameneinin Azərbaycan dilindəki Tvitter hesabında təhdid mesajı PAYLAŞILDI - FOTO

Əli Xameneinin Azərbaycan dilindəki Tvitter hesabında təhdid mesajı paylaşılıb.

KONKRET.az İran mediasına istinadla xəbər verir ki, İranın dini rəhbəri Seyid Əli Xameneinin Azərbaycan dilindəki Tvitter hesabında təhdid və xəbərdarlıq dolu mesaj paylaşılıb.

“Bəziləri Misirin 40 il qabaqkı sionist rejimlə əlaqə qurmaq səhvini təkrarlamaq istəyir. Bu, həm onların özlərinə zərərdir, həm fələstinlilərə. Bunun sionist rejimə də faydası olmayacaq”, – deyə mesajda qeyd olunub.

Qeyd edək ki, xüsusilə son aylar bir sıra ərəb ölkələrinin İsrail dövləti ilə münasibətləri normallaşdırmağa başlaması və diplomatik əlaqələrin genişləndirilməsi İran hökumətini narahat edir. İran rəsmiləri və onların nəzarətindəki media orqanları körfəzin ərəb ölkələrini, eləcə də Azərbaycan və Türkiyəni İsraillə əlaqələrinə görə hədəf alır, hədə dolu mesajlar yayırlar.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*