İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasiminin vaxtı müəyyənləşib. Ölkə rəhbərliyi müvafiq hazırlıqlar və təşkilati məsələlərlə bağlı bəzi qərarlar qəbul edib.
KONKRET.az xəbər verir ki, Seyid Əli Xameneinin dəfn mərasimi bu ilin iyun ayının 26-dan sonra keçiriləcək. Məlumata görə, paytaxt Tehranla yanaşı, Qum və Məşhəd şəhərlərində genişmiqyaslı vida mərasimlərinin təşkili planlaşdırılır. Prosesin miqyası və təhlükəsizlik tədbirləri nəzərə alınaraq dəfn prosesinin iyunun son günlərinə saxlanılması qərara alınıb. Əli Xameneinin nəşi vəsiyyətinə uyğun olaraq Məşhəd şəhərindəki İmam Rza hərəmində torpağa tapşırılacaq.
Natiq Səlim,
KONKRET.az
