Deyəsən, “Məhəllə Moskva” filmində “Eliş” ilə “Roşka” Rusiya paytaxtındakı “Uqreşskaya” küçəsini oğraş atmacası ilə elə belədən “Oqreşskaya” etməmişdilər. Çünki paytaxtı Moskva olanların son siyasi manevrlərinə başqa bənzətmə vermək olmur.
KONKRET.az-ın yumoru satirik çərçivəyə salmaq səbəbi rusların Qarabağ məkirləridir. I Qarabağ savaşının səbəbləri hamıya bəllidir. SSRİ-ni dağıtmaq tapşırığı almış Qorbaçov ittifaqa daxil olan ölkələrin də müharibələrə bürünməsinə çalışıb.
Bu savaşlar isə Rusiyanın köçürtmə və sürgün siyasətinin nəticəsidir. XIX əsrin sonu XX əsrin əvvəllərində ermənilərin Qarabağa köçürülməsi də Pyotr vəsiyyətlərinin gələcək icrası naminə atılmış addımlardandır. Çünki ermənilər rusların kamikadzeləri olublar. Alabaş Mixail, yaxud xallıtəpənin “Dağlıq Qarabağ Muxtar Vilayəti”ni Ermənistan SSR-in tərkibinə vermək istəyi də Bakını Moskvadan asılı duruma salmaq niyyəti güdürdü. Azərbaycanın tranzit əhəmiyyəti və neft-qaz yataqlarına görə Moskva bizim ölkənin tam müstəqilliyi ilə barışmaq istəmirdi. Bundan dolayı “miatsum”, “böyük ermənistan” ideologiyalarını işə saldılar və qondarma “arsax”ın müstəqillik məsələsi ortaya atıldı. Bu işə daha da təkan vermək üçün rus-erməni birliyi qurma Sumqayıt hadisələrini törətdi. Nifaq tumu səpildi.

Belə ki, Xankəndi erməniləri 1988-ci ildə həmin şəhərdə yaşayan azərbaycanlıların sürgün edilməsi üçün mitinq keçiriblər. Azərbaycanlıların bir qismini öldürən, yurd-yuvasından qovan, mülklərini talan edən ermənilər utanmaz-utanmaz nümayiş də keçirirdilər və əsas şüarları “öz müqəddəratını təyin etmək ekstremizm deyil” olub. Rusiyanın bu “şüarı” Xankəndidə dünən baş tutan aksiyalarda da olub. Deməli, plan eyni, sifarişçi də həminkidir.
Natiq Səlim,
KONKRET.az
P.S. Putinin Kremli Arayikin oturan nahiyəsin kremləyir
