Xankəndidə etirazlar başladı – Separatçılar istefa TƏLƏB EDİRLƏR – FOTO/VİDEObackend

Xankəndidə etirazlar başladı - Separatçılar istefa TƏLƏB EDİRLƏR - FOTO/VİDEO

Dünən axşamdan Xankəndidə etirazlar başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Kavkazskiy uzel” məlumat yayıb. Məlumatda bildirilir ki, Xankəndi sakinləri çərşənbə axşamı, avqustun 30-da axşam saatlarında etiraz aksiyası təşkil ediblər. Onlar meydana toplaşaraq separatçı rejimin liderindən “maliyyə nazirliyi və təhlükəsizlik şurasının rəhbərləri və dövlət naziri”nin istefasını tələb ediblər.

Nəşr xatırladır ki, avqustun 29-da Laçın dəhlizinin hazırda Azərbaycanın nəzarətində olmasından narazı olan separatçılar Arayik Arutyunyanla görüşdən sonra Xankəndidə mitinqə toplaşıblar. Onlar Azərbaycanla müqavilələrə xitam verilməsi tələb ediblər.

Özünü qondarma “parlament”in “spikeri” adlandıran Artur Tovmasyan etirazçılarla görüşdə onların suallarını cavablandırmayıb. Onlar tələbləri yerinə yetirilənə qədər aksiya keçirəcəklər.

Mitinq iştirakçılarından biri bildirib ki, Arutyunyanın “iqamətgahına” forma və mülki geyimdə “xüsusi təyinatlılar” cəlb olunub. O, təxribatların olmasını mümkün hesab edir.

Aksiyanın iştirakçılarının tələbi isə budur: iki yol var – ya xalqı qovmaq, ya da tələblərini qəbul etmək.

Aldığımız son məlumata görə, Qarabağın “yüksək rütbəli məmurlarının istefası” və Azərbaycanla müqavilələrə xitam verilməsi tələbi ilə keçirilən etiraz aksiyası artıq başa çatıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*