Xankəndidən qənimətləri çıxarmaq istəyən hansı məmur olub? – Yük maşınları postda saxlanıldıbackend

Xankəndidən qənimətləri çıxarmaq istəyən hansı məmur olub? - Yük maşınları postda saxlanıldı

Xankəndidən yük avtomobilləri ilə çıxırılan məişət avadanlıqları nəzarət postunda saxlanılıb.

KONKRET.az xitab24-ə istinadən xəbər verir ki, hadisə ötən həftə baş verib.

Məlumata görə, eyni anda bir neçə yük avtomobilinin sürücüsü nəzarət postuna saxta sənəd təqdim edib. Bu saxta sənədin onlara “Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən verildiyi bildirilib.

Hazırda həmin sənədin hansı məmur tərəfindən verildiyi araşdırılır.

Qeyd edək ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının sədri Elçin Yusubov idi. O, ötən ay Prezident nümayəndəsi vəzifəsindən kənarlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*