Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, uzun müddət xaricdə yaşayan vətəndaşların səs vermək hüququ yenidən nəzərdən keçirilməlidir.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, hüquqi cəhətdən belə bir imkan hazırda mövcuddur.
“Bir şəxs bir neçə il başqa ölkədə yaşaya, sonra bir neçə saata gəlib səs verə və yenidən gedə bilər. Lakin siyasi baxımdan bu yanaşma məsuliyyətsizlikdir”, – deyə Mirzoyan qeyd edib.
O bildirib ki, istənilən ölkədə qanunvericiliyin, o cümlədən Ermənistanın Seçki Məcəlləsinin daim təkmilləşdirilməsinə ehtiyacı var.
