Xarici ölkələrin Azərbaycandakı diplomatlarının Füzuli və Şuşaya səfəri başladıbackend

Xarici ölkələrin Azərbaycandakı diplomatlarının Füzuli və Şuşaya səfəri başladı

Xarici ölkələrin Azərbaycandakı diplomatlarının Füzuli və Şuşaya səfəri başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında bildirib.

“Ümumilikdə 160 daimi və qeyri-rezident diplomatik korpusun nümayəndələri ilə təyyarə ilə Füzuliyə uçuruq, sonra isə Şuşaya gedəcəyik. Yol boyu diplomatik korpusun nümayəndələri minalardan təmizləmə əməliyyatlarını və kütləvi bərpa işlərini görəcək, xüsusi nümayəndələrin təqdimatlarını dinləyəcək”, – Azərbaycan Prezidentinin köməkçisi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*