XƏBƏRDARLIQ: Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindirbackend

XƏBƏRDARLIQ: Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir

“Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir, insanlar bunu nəzərə almalıdırlar”.

KONKRET.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev “Xəzər Xəbər”ə açıqlamasında deyib.

Onun sözlərinə görə dövlət xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirləri görsə də, qadağalara əməl etmək istəməyən vətəndaşalar da var ki, onlar infeksiyanın yayılması üçün zəmin yaradırlar.

“Hələ də bəzi insanlar bunun mahiyyətini anlamaq istəmir, həyatlarını təhlükəyə atırlar”.

Baş epidemioloq bütün vətəndaşlara tələblərə riayət etməklə bağlı müraciət edib.

“Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir. Bunun üçün də insanlar çölə çıxmamalı və gigyenik təmizliklərinə xüsusi ilə diqqət etməlidirlər”.

İbadulla Ağayev vətəndaşları karantin rejimi ilə bağlı bu gündən tətbiq ediləcək xüsusi qaydalara ciddi əməl etməyə çağırıb.

Day.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*