Xəyanətə görə ərindən qisas almaq üçün bu üsula ƏL ATDIbackend

Xəyanətə görə ərindən qisas almaq üçün bu üsula ƏL ATDI

ABŞ-ın Florida ştatının sakini Randu Pusateri xəyanətə görə ərindən qisas almaq qərarına gəlib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, ərinin xəyanətinə qədər Pusaterini hər bir mənada xoşbəxt qadın hesab etmək olardı.

Çünki onların uşaqları, kondisionerlərə texniki qulluq və təmiri ilə məşğul olan uğurlu ailə biznesi vardı.

Belə ki, yoldaşının xəyanətini öyrənən Pusateri qisas almaq qərarına gəlir. O, bunun üçün qeyri-adi bir yol seçir. Qadın ərini biznesdən, tək gəlir mənbəyindən məhrum etmək qərarına gəlir. Bunun üçün o, şirkətin icbari sığortasını ləğv etdirir. Qeyd edək ki, sığortasız ştatlarda xidmət göstərmək mümkün deyil. Həmçinin qadın sosial şəbəkələrdəki səhifəsində şirkətin bağlandığını və səbəbini göstərən bir yazı yerləşdirir.

“Erik qərara gəldi ki, onun başqa bir qadınla olan münasibəti uşaqları, həyat yoldaşı və müştərilərindən daha vacib və dəyərlidir. Onun bu hərəkətinə görə biz işi bağlamağa, sığortamızı ləğv etməyə məcbur olduq. Artıq Pinellasda xidmət göstərmək səlahiyyətimiz yoxdur”, – deyə qadın yazıb.

Qadın həmçinin bütün müştərilərə xəbərdarlıq edib ki, onlar ərinə xidmət üçün müraciət edərkən cinayət məsuliyyətinə cəlb oluna və böyük məbləğdə cərimələnə bilərlər.

Şirkətin keçmiş müştəriləri Pusaterinin bu hərəkətini dəstəkləyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*