Xəzər dənizi ilə bağlı QORXUNC PROQNOZ: Onilliklər boyunca görün nələr olacaq…backend

Xəzər dənizi ilə bağlı QORXUNC PROQNOZ: Onilliklər boyunca görün nələr olacaq...

Birləşmiş Millətlər Təşkilatının ekspertləri Xəzər dənizində su səviyyəsinin yaxın onilliklərdə də enəcəyini bildiriblər.

KONKRET.az xəbər verir ki, proqnozlara əsasən proses ən azı növbəti 50 il ərzində davam edə bilər.

Mütəxəssislərin qiymətləndirmələrinə görə, Xəzərin sahil xətti artıq bir sıra bölgələrdə geri çəkilib və peyk görüntülərində kilometrlərlə qurumuş sahələrin ortaya çıxdığı müşahidə olunur. Bu vəziyyət limanları və balıqçılıqla məşğul olan yaşayış məntəqələrini su mənbəyindən uzaqlaşdırır.

Ekspertlər əsas səbəb kimi qlobal istiləşməni göstərirlər. Temperaturun artması nəticəsində suyun buxarlanma sürəti yüksəlir və bu da dənizin ümumi səviyyəsinin azalmasına gətirib çıxarır.

BMT nümayəndələri xəbərdarlıq edirlər ki, bu tendensiya yalnız iqtisadi və sosial sahələrə deyil, həm də regionun ekoloji tarazlığına ciddi təsir göstərə bilər. Xüsusilə, Xəzər dənizi nərə balığı kimi nəsli kəsilməkdə olan növlərin əsas yaşayış mühitlərindən biridir və su səviyyəsinin azalması onların kürüləmə üçün çaylara çıxışını çətinləşdirir.

Qeyd olunur ki, Xəzərin dayazlaşması regionda yaşayan milyonlarla insanın həyatına və beş sahilyanı ölkənin ekosistemlərinə birbaşa təsir göstərə bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*