Xoşbəxt Yusifzadə VƏFAT ETDİbackend

Xoşbəxt Yusifzadə VƏFAT ETDİ

SOCAR-ın birinci vitse-prezidenti, təcrübəli neftçi Xoşbəxt Yusifzadə vəfat edib.

KONKRET.az bu barədə Trend-ə istinadən xəbər verir.

Qeyd edək ki, Xoşbəxt Yusifzadə 14 yanvar 1930-cu ildə anadan olub. O, Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsini bitirib. 1987-ci ildə geologiya-mineralogiya elmləri doktoru  dərəcəsinə yiyələnib. X.Yusifzadə 1992 – 1994-cü illərdə “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, 1994 – 2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004 – 2016-cı illərdə Dövlət Neft Şirkətinin geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti,  2016-cı ildən isə SOCAR-ın birinci vitse-prezidenti idi.

Allah rəhmət eləsin!

  • Ferid
    Oktyabr 4, 2023 - 00:44

    Rahat uyu Happy Yusifzadeh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*