Xüsusi nümayəndə Azərbaycandan sonra Ermənistana səfər edəcəkbackend

Xüsusi nümayəndə Azərbaycandan sonra Ermənistana səfər edəcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycana səfərindən sonra Ermənistana yollanmağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Trend-ə açıqlamasında deyib.

O bildirib ki, Aİ uzun müddətdir region ölkələrinin tərəfdaşıdır və Azərbaycanla Ermənistan rəhbərliklərinin irəli apardığı sülh prosesini dəstəkləməyə çalışır.

“Aİ uzun müddətdir region ölkələrinin tərəfdaşıdır və hər iki ölkənin rəhbərliyinin irəli apardığı sülh dinamikasını dəstəkləməyə çalışıb. Əlbəttə, biz bu fəaliyyətləri davam etdirməyə ümid edirik.

Bu fəaliyyətlər müxtəlif məsələləri, o cümlədən bağlantıları əhatə edir. Bağlantı, əlbəttə ki, siyasi baxımdan Aİ üçün əsas diqqət istiqamətlərindən biridir. Bununla yanaşı, icmalar üçün imkanların inkişaf etdirilməsinə dəstək göstərilməsi də fəaliyyətlərimiz sırasındadır”, – Maqdalena Qrono bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*