Qaradağ rayonu, Lökbatan qəsəbəsində yanğın baş verən anbar “Trendyol”a məxsus deyil. Bu barədə Anews.az-ın sorğusuna cavab olaraq “Trendyol”dan bildirilib.
KONKRET.az xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən və yanğın baş verən anbarın “Birmarket”ə məxsus olduğu iddia olunur. Bu barədə tiraj.az məlumat yayıb.
Məlumata görə, həmin anbara “Trendyol” və “Temu” vasitəsilə alınan maılar toplanır.
Məsələ ilə bağlı Kapital Bank və “Trendyol”la əlaqə saxladıq, yaxın zamanda məlumat veriləcəyi bildirildi.
Bu gün səhər saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda yanğın başlayıb. Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb edilib.
5 saata yaxın davam edən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
