Yanğına görə Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırıldı – Zəhərlənənlər varbackend

Yanğına görə Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırıldı - Zəhərlənənlər var

Bakı-Sumqayıt yolunda “Ekologiya postu” kimi tanınan ərazinin yaxınlığında olan tikinti materialları bazarında baş verən yanğın nəticəsində 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

KONKRET.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 briqada cəlb olunub:

“Saat 09:50-yə olan məlumata görə 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib”.

Həmçinin Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət də tamamilə məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb:

“Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*