SON DƏQİQƏ! Ermənistanda seçkilərin yekun nəticəsi açıqlandıbackend

SON DƏQİQƏ! Ermənistanda seçkilərin yekun nəticəsi açıqlandı

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Hakim “Vətəndaş müqaviləsi” Partiyası 49,7456 % səslə liderlik edir.

Siyahıda “Güclü Ermənistan” 23,2710 % səslə ikinci, “Ermənistan Alyansı” isə 9,9231 %-lə üçüncü yerdə qərarlaşıb. “Çiçəklənən Ermənistan” Partiyası səslərin 3,9893 %-ni toplayıb, 4% həddini keçə bilməyib və parlamentdə təmsil olunmayacaq. Seçkilərdə iştirak 1 476 769 nəfər və ya 58,9 % təşkil edib.

Beləliklə, Ermənistanın baş naziri Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” Partiyası hökuməti təkbaşına formalaşdıracaq.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 %-i sayılmasına əsasən, “Vətəndaş müqaviləsi” Partiyası səslərin 49,83 %-ni toplayıb. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*