“Gəlirlərə görə qonşulardan geri qalırıq” – Natiq Cəfərlidən SOSbackend

"Gəlirlərə görə qonşulardan geri qalırıq" – Natiq Cəfərlidən SOS

“Düşünməkdən keçib, əməl, iş görmək zamanıdır. Azərbaycanda iqtisadi problemlərin artdığını artıq hamı görür, bunu rəsmi rəqəmlər, hətta rəsmi şəxslər də deyir, etiraf edir. Amma hələ ki mövcud problemlərin həlli istiqamətində ölkədə ciddi diskurs yoxdur, rəsmilər belə bir diskussiyadan yayınır, hələlik monoloq rejimində danışırlar, içində ciddi tezislər olmayan, vətəndaşın anlamadığı, yaranmış suallara aydınlıq gətirməyən müsahibələr verirlər.”

KONKRET.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, biz doğru diaqnoz qoya bilməsək, düzgün yolla da gedə bilməyəcəyik. Əsas problemlərdən biri də odur ki, biz varlanmırıq, gəlirlərə görə qonşulardan geri qalmağa başlayırıq – amma bu nəticədir, səbəbləri isə iqtisadi, idarəetmə sisteminin özündə axtarmaq lazımdır.

Ekspert qeyd edib ki, 2026-cı ilin birinci rübünün nəticələrinə görə qonşu ölkələr üzrə orta aylıq əməkhaqqı açıqlanıb: Rusiya – 1367 dollar, Belarus – 975 dollar, Qazaxıstan – 927 dollar, Gürcüstan – 870 dollar, Ermənistan – 813 dollar, Azərbaycan – 677 dollar, Qırğızıstan – 534 dollar.

Natiq Cəfərli vurğulayıb ki, rəqəmlərə görə bir tək Qırğızıstandan öndəyik – heç bir təbii resursu olmayan ölkədən: “Yaxşı, bu vacib göstəriciyə görə biz niyə, məsələn, Gürcüstandan 193 dollar geri olmalıyıq ki?! Bu az bir məbləğ deyil axı, manatla 328 manat edir. Biz nə zaman deyinməyi buraxıb, problemlərin həlli moduna keçəcəyik?!”

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*