Yaponiya ABŞ-a qəzəbləndi: “Bu, qəbuledilməzdir”backend

Yaponiya ABŞ-a qəzəbləndi: “Bu, qəbuledilməzdir”

Yaponiya ABŞ-ın respublikaçı senatoru Lindsey Qrehemin ölkəsini İsrailə silah dəstəyini davam etdirmək çağırışına və onun Xirosima və Naqasakiyə atılan atom bombalarına istinad etməsinə reaksiya verib.

KONKRET.az xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Kamikava Yoko açıqlamasında ölkəsinin İsrailə silah tədarük etmək ehtiyacı ilə bağlı həftə sonu Qrehemin müqayisəsini qəbuledilməz hesab etdiyini bildirib.

Nazir bildirib ki, “Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı Xirosima və Naqasakiyə atılan atom bombalarını nümunə götürən bir müzakirənin aparılması qətiyyən qəbuledilməzdir”.

“Qrehemin qiymətləndirməsi bəşəriyyətin ruhu ilə bir araya sığmır və olduqca təəssüf doğurur”, – deyən yapon nazir Xirosima və Naqasaki faciələrinin heç vaxt təkrarlanmamalı olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın respublikaçı senatoru Lindsey Grehem NBC telekanalında yayımlanan “Meet the Press” proqramında İsrailin Qəzzaya hücumlarından danışıb.

“İkinci Dünya Müharibəsində Xirosima və Naqasakiyə bomba atmaqla müharibəni bitirmək qərarına gəldik. Bu, düzgün qərar idi” deyən Qrehem İsrailə eyham vurub ki, bir yəhudi dövləti olaraq Təl-Əviv lazım olan hər şeyi etmək hüququna malikdir”.

“İsrailə uduzmamaq və bu müharibəni qələbə ilə bitirmək üçün lazım olan bombaları verin və itkiləri minimuma endirmək üçün onlarla birlikdə çalışın”, – deyə Qrehem deyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*