Yaponiya Britaniya ilə birlikdə hərbi təlimə başlayıb.
KONKRET.az bu barədə Yaponiya mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, təlimlər Yaponiyanın Qunma prefekturasında keçirilir.
“Vigilant Isles” adlanan təlimdə 400 Yaponiya, həmçinin 200 Britaniya əsgəri iştirak edir ki, bu da bütün təlim üçün rekord rəqəm sayılır.
Qoşunların təlimi Yaponiyanın dörd prefekturasında keçiriləcək və noyabrın 26-dək davam edəcək. Təlim zamanı əsgərlər “uzaq adaları müdafiə etmək” üçün infiltrasiya və kəşfiyyat məşqləri keçirəcəklər.
Qeyd edək ki, 2022-ci ildə Böyük Britaniya 80 əsgərlə təlimlərdə iştirak edib.
Ariz Həsənoğlu,
KONKRET.az