Yaponiya polis rəisi Abenin qətlinə görə İSTEFA VERDİbackend

Yaponiya polis rəisi Abenin qətlinə görə İSTEFA VERDİ

Yaponiya Milli Polis Təşkilatının rəhbəri İtaru Nakamura istefa verdiyini açıqlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, onun istefası avqustun 26-da Nazirlər Kabinetinin iclasında qəbul ediləcək.

O, iyulun 8-də Yaponiyanın keçmiş baş naziri Sindzo Abenin öldürülməsi zamanı təhlükəsizlik sisteminin mükəmməl olmaması səbəbindən vəzifəsini tərk etmək qərarına gəlib.

Qeyd edək ki, keçmiş hökumət başçısı iyulun 8-də Nara şəhərində seçki mitinqində güllələnib. Yerli polis rəisi Tomoaki Onizuka da hadisə ilə bağlı istefa vermək niyyətində olduğunu bildirib. Abenin dəfn mərasimi sentyabrın 27-də keçiriləcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*