Yaponiyada qasırğaya görə 230-dan çox aviareys təxirə salındıbackend

Yaponiyada qasırğaya görə 230-dan çox aviareys təxirə salındı

Yaponiyada “Şanşan” qasırğasının yaxınlaşması səbəbindən 230-dan çox aviareys təxirə salınıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin hava limanları və aviaşirkətlərinin monitorinq xidmətləri məlumat yayıb.

Gözlənilir ki, avqustun 28-i səhər saatlarında qasırğa Okinava prefekturasının adalarına yaxınlaşacaq, axşam isə cənub-qərbdəki Kyuşu adasını vuracaq.

Bildirilir ki, ən çox uçuşu ləğv edən Yaponiya Hava Yollarıdır.

Bu tədbirlər ilk növbədə Kyuşu adasındakı hava limanlarına təsir edəcək. Dəmiryol operatorları da mümkün ləğvlər və gecikmələr barədə xəbərdarlıq edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*