Yaponlar sürətlə azalır – Qorxunc statistika AÇIQLANDIbackend

Yaponlar sürətlə azalır – Qorxunc statistika AÇIQLANDI

“Yaponiya əhalisinin sayında 13 ildir ki, ardıcıl azalma müşahidə edilir. 2023-cü ilin oktyabr ayına olan məlumata görə, Yaponiyanın ümumi əhalisi 124 milyon 352 min nəfərə qədər azalıb”.

KONKRET.az xəbər verir ki, bu barədə Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin dərc etdiyi rəsmi hesabatda deyilir.

Ölkə daxilində yaşayan əcnəbilər nəzərə alınmasa, Yaponiya əhalisi 837 min azalaraq 121 milyon 193 min nəfərə çatıb.

1950-ci ildən sonra qeydə alınan məlumatlara görə, bu, əhali sayında ən böyük azalmadır.

Yaşı 65-dən yuxarı olan əhalinin sayı 36 milyon 227 min nəfərə, 75 yaşdan yuxarı olanların sayı 20,08 milyona yüksəldiyi halda, 0-14 yaş arası əhalinin sayı azalaraq 14 milyon 173 min nəfərə çatıb.

65 yaşdan yuxarı seqment yüzdə 29,1, 75 yaşdan yuxarı seqment yüzdə 16,1, 0-14 yaş arası seqment yüzdə 11,4 olaraq qeyd edilib.

“Əmək qabiliyyətli yaş” hesab edilən 15-64 yaş arası əhali əvvəlki ilə nisbətən 256 min nəfər azalaraq 73 milyon 952 min nəfərə düşüb.

Yaponiyanı təşkil edən 47 inzibati rayon arasında əhalisi 0,34 faiz artan yeganə bölgə paytaxt Tokio olub.

Ən çox əhali itkisi şimal-şərqdəki “Tohoku” bölgəsində yerləşən Aomori, İvate və Yamaqata prefekturalarında baş verib.

Ölkədə yaşayan əcnəbi əhalinin sayı 243 min nəfər artaraq 3,16 milyon nəfərə çatıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*