Yarıçılpaq qızların “Katyuşa” mahnısına oriyental rəqsi rusları QƏZƏBLƏNDİRDİ – VİDEObackend

Yarıçılpaq qızların “Katyuşa” mahnısına oriyental rəqsi rusları QƏZƏBLƏNDİRDİ - VİDEO

Rusiyada rəqqasələrin “Katyuşa” mahnısına oriyental rəqs etməsi rusları qəzəbləndirib.

KONKRET.az xəbər verir ki, Petrozavodskda  “Katyuşa” hərbi mahnısına milli baş geyimlərində  olan qızlar oriental rəqs ifa ediblər. Bundan qəzəblənən vətəndaşlar meriyadan cavab tələb ediblər.

Qeyd olunur ki, Şəhər Gününün qeyd olunması çərçivəsində başlarında kokoşniklər (milli baş geyimi) ilə oriyental geyimdə olan rəqqasələr “göbək” rəqsi ifa ediblər.

Bu hadisə şəhər əhalisini hiddətləndirib. Yerli sakinlər qeyd ediblər ki, orduya aid hərbi mahnılara belə rəqslər uyğun deyil. Dəhşətli dərəcədə qəzəblənən sakinlər meriyadan nə baş verdiyini araşdırmağı xahiş ediblər.

Qeyd edək ki, bundan bir müddət əvvəl Yekaterinburqda orta məktəb şagirdləri “LGBT rəqsi” edib və bundan sonra yoxlamalar başlayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*