Yarım saat oxuduqdan sonra toyları qarışdırdığını anladıbackend

Yarım saat oxuduqdan sonra toyları qarışdırdığını anladı

Müğənni Mərdan Kazımov toy məclisinə gedərkən maraqlı hadisə ilə üzləşib.

KONKRET.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi dəvət aldığı toy məclisinin ünvanını səhv salaraq başqa bir məclisə qatılıb. O, sosial şəbəkə hesabında paylaşdığı videoda təxminən yarım saat çıxış etdikdən sonra yanlış toyda olduğunu anladığını bildirib.

Mərdan hadisə ilə bağlı “Bu gün toy zallarını səhv salıb iki dostumuzun məclisində çıxış etdik. Sağ olsunlar, yarım saat ərzində heç kim demədi ki, “Biz sizi dəvət etməmişik”. Xoşbəxt olsunlar” paylaşımını edib.

Müğənni daha sonra dəvət aldığı əsl məclisi tapdığını da qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*