Yasamalda çoxmərtəbəli binada YANĞINbackend

Yasamalda çoxmərtəbəli binada YANĞIN

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə paytaxtın Yasamal rayonunun Məhəmməd Naxçıvani küçəsində çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*