İraq daxili işlər nazirliyinə bağlı kəşfiyyat idarəsinin rəisi Əbu Əli Bəsri İŞİD-ə qarşı aparılan əməliyyatlar zamanı terror təşkilatının rəhbəri Əbu Bəkr əl Bağdadinin kürəyindən yaralandığını və iflic keçirdiyini deyib.
Avropa.info xəbər verir ki, Əbu Əli Bəsri İraq mətbuatına verdiyi açıqlamada Bağdadinin kürəyinə raket parçası dəydiyini və bunun nəticəsində iflic keçirdiyini bildirib.
Bəsri bu hadisənin 2018-ci ildə Suriyanın Deyr əz – Zor vilayətində Bağdadinin terrorçularla toplantı keçirdiyi binanın bombalanması zamanı baş verdiyini qeyd edib.
