Yəməndə miqrantları daşıyan qayıq aşdı, 13 nəfər öldübackend

Yəməndə miqrantları daşıyan qayıq aşdı, 13 nəfər öldü

Yəməndə miqrantları daşıyan qayığın Taiz sahillərində batması nəticəsində 13 nəfər ölüb, 14 nəfər isə itkin düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Qeyd olunub ki, ölənlər arasında 11 kişi və 2 qadın var. Həlak olanların cəsədləri Dubab rayonunda Əl-Şura yaxınlığındakı Bab əl-Məndeb sahillərində tapılıb.

BMqT-nin Yəməndəki missiyasının rəhbərinin müavini Mett Huber vurğulayıb ki, son faciə miqrantların bu marşrutda üzləşdiyi təhlükələri açıq şəkildə xatırladır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*