“Yeni baş katibin seçilməməsi NATO daxilində fikir ayrılıqlarını göstərir” – Çin nəşribackend

"Yeni baş katibin seçilməməsi NATO daxilində fikir ayrılıqlarını göstərir" - Çin nəşri

NATO ölkələri alyansın yeni baş katibi ilə bağlı ümumi qərara gələ bilmir.

KONKRET.az xəbər verir ki, bu barədə ekspertlər Çinin “Global Times” qəzetinə bildiriblər.

Onların fikrincə, bu, alyansdakı fikir ayrılığını göstərir.

Qeyd olunub ki, bəzi Avropa ölkələri şərqə doğru mümkün genişlənmənin Çini təhrik edə biləcəyindən narahatdır.

Çin Sosial Elmlər Akademiyasının Avropa Araşdırmaları İnstitutunun elmi işçisi Çjao Junjienin sözlərinə görə, Avropa ölkələri ABŞ-ın marionetlərinə çevriləcək və onlar iki ölkə arasında sülhü qorumağa borclu olacaqlar.

O, həmçinin Avropa Komissiyasının hazırkı rəhbəri Ursula fon der Leyenin alyansın baş katibi postunu tutacağına inanır:

“O, ABŞ-ın hərbi strategiyalarının Avropada sədaqətlə həyata keçirilməsi üçün ən yaxşı namizəddir. Bu da onu NATO-nun ən böyük oyunçusu olan ABŞ-ın gözündə ən uyğun varisə çevirir”.

Qeyd edək ki, NATO alyansın hazırkı lideri Yens Stoltenberqin səlahiyyətlərini uzatmaq qərarına gəlib. O, 2024-cü il oktyabrın 1-dək vəzifəsində qalacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*