Yeni dələduzluq növü ilə bağlı XƏBƏRDARLIQbackend

Yeni dələduzluq növü ilə bağlı XƏBƏRDARLIQ

“Azərpoçt”un adından yeni dələduzluğa əl atılıb. 

KONKRET.az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.

Paylaşımlarda poçt şöbəsinin adından məlumatlar yayılır və həmin paylaşımlarda 6 aydan artıq müddətdə sahibi tərəfindən götürülməyən bağlamaların 2,28 AZN-ə satışa çıxarıldığı iddia olunur.

Xatırladaq ki, daha öncə də “Azərpoçt”un adından saxta linklər açılaraq insanların kart hesabları və digər şəxsi məlumatları oğurlanıb. Bununla bağlı “Azərpoçt” davamlı olaraq əhaliyə xəbərdarlıq edib, poçtun adından göndərilən saxta linklərə daxil olmamağı məsləhət görüb.

Aygün Mirakif,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*