Yük maşını minik avtomobili ilə toqquşdu – Yaralılar varbackend

Yük maşını minik avtomobili ilə toqquşdu - Yaralılar var

Bakı-Qazax avtomagistralında yük maşını ilə minik avtomobili toqquşub. Hadisə nəticəsində yaralananlar var.

KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, qəza magistralın Yevlax rayonunun Aran qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.

“VAZ” markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində Şəki sakinləri 1957-ci il təvəllüdlü Rahilə Mustafayeva və 1963-cü il təvəllüdlü Məlahət Alməmmədova yaralanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*