“Yüksək maaşlı məmurların əməkhaqları dondurulmalıdır” – Ermənistan TƏŞVİŞDƏbackend

"Yüksək maaşlı məmurların əməkhaqları dondurulmalıdır" - Ermənistan TƏŞVİŞDƏ

Fövqəladə vəziyyətdə ilk növbədə büdcəyə qənaət edilməlidir. Bunun üçün ilk növbədə yüksək maaş alan məmurların əməkhaqları tutulmalıdır.

KONKRET.az xəbər verir ki, bunu Daşnaktsütyunun üzvü Artsvik Minasyan partiyanın təşkil etdiyi mətbuat konfransında deyib.

“Dövlət qulluğunda iştirak edən yüksək maaşlı insanların əməkhaqları müvəqqəti dondurulmalıdır. Bu, tək bir qrupa deyil, əhaliyə xidmət edəcək”, – deyə Artsvik Minasyan bildirib.

Onun fikrincə, əhalinin yaşaması çox vacib məsələdir. Bunun üçün hökumət banklar vasitəsilə biznesə pul ayırmalıdır. Eləcə də dövlət özü əhalini minimum yaşayışla təmin etməlidir:

“Səlahiyyətlilər bu istiqamətdə addımlar atmalı, bunu standart bir vəziyyət kimi düşünməməlidir. Bankların əlavə maliyyə qaynaqları ilə təmin edildiyi iddia edilir. Ancaq əks proses baş verir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*