Yunanıstan: “Kiprdə ikinci dövlət olmayacaq”backend

Yunanıstan: “Kiprdə ikinci dövlət olmayacaq”

“Türkiyənin Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi istiqamətində atdığı addımları alqışlayırıq, lakin Kipr probleminin iki dövlətli həll variantını rədd edirik”.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Kiprə səfəri zamanı belə deyib.

Ölkəsinin seçkilərdən sonra Türkiyədə baş verənləri maraqla izlədiyini deyən baş nazir Ankaranın Aİ ilə münasibətləri inkişaf etdirmək istəyi ilə bağlı rəsmi açıqlamaları dəstəklədiyini dilə gətirib.

“Türkiyə ilə Aİ arasında gələcək danışıqlarda şübhəsiz ki, Kipr məsələsi nəzərə alınmalıdır. Ankara ilə münasibətlərin yaxşılaşdırılması çox yaxşıdır, lakin biz sadəlövh deyilik, Kiprdə iki dövlətin qurulması əsasında həll yolu olmayacaq”, – deyə Kiriakos Mitsotakis əlavə edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*