Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Avropa Xalq Partiyasının konfransında Rusiyanı Avropanın düşməni adlandırıb və Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verib.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin ictimai televiziyası məlumat yayıb.
“Biz Ukraynanı vahid cəbhə ilə dəstəkləmək əzmimiz olduğunu nümayiş etdirdik”, – siyasətçi vurğulayıb.
O qeyd edib ki, “Düşmənlər belə bir dönüş gözləmirdilər”. Mitsotakisin sözlərinə görə, Yunanıstan Ukraynanı həm iqtisadi, həm də hərbi cəhətdən dəstəkləməyə davam edəcək.
Yunanıstanın baş naziri Odessa səfərindən danışıb. Mitsotakis qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə şəhərə birgə səfərdə rus raketi limana düşüb.
“Bizi qorxutmayacaqsınız, biz Ukraynanı nə qədər lazımdırsa, dəstəkləməyə davam edəcəyik”, – siyasətçi deyib.
Burhan,
KONKRET.az
