Yuri Qaqarinin vəfat etdiyi yerdən ilk FOTOLAR DƏRC EDİLDİbackend

Yuri Qaqarinin vəfat etdiyi yerdən ilk FOTOLAR DƏRC EDİLDİ

Rusiya Dövlət Elmi və Texniki Sənədlər Arxivi (RGANTD) ilk dəfə olaraq kosmonavt Yuri Qaqarinin 1968-ci il martın 27-də həlak olduğu qəza yerində çəkilmiş fotoşəkilləri dərc edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.

Belə ki, arxiv təyyarənin qalıqlarının üç fotoşəkilini dərc edib.

Fotoşəkillər martın 28-də, təyyarə qəzasından bir gün sonra çəkilib.

Qeyd edək ki, Qaqarin pilot Vladimir Sereginlə birlikdə “MiQ-15 UTI” təlim qırıcısı ilə qəzaya uğrayaraq həlak olub. Pilotlar martın 27-də səhər saatlarında Moskva yaxınlığındakı “Çkalovski” aerodromundan havaya qalxıblar, onların təyyarəsi Vladimir vilayətinin Novoselovo kəndi yaxınlığında qəzaya uğrayıb.

İrəli sürülən çoxsaylı versiyalara baxmayaraq, hadisənin dəqiq səbəbləri bu günə qədər məlum deyil.

Xatırladaq ki, pilot-kosmonavt Yuri Qaqarin 1934-cü il martın 9-da Tver vilayətinin Kluşino kəndində anadan olub. Qaqarin ilk kosmosa uçuşunu 12 aprel 1961-ci ildə edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*