Zabux sakinləri doğma torpaqlarda – VİDEObackend

Zabux sakinləri doğma torpaqlarda - VİDEO

Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

KONKRET.az xəbər verir ki, 30 ildən sonra bu torpaqların əsl sakinləri öz dədə-baba yurdları olan Zabuxa geri dönüblər.

Kənddə bütün zəruri texniki-sosial infrastruktur qurulub, sakinlərin rahat yaşayışı üçün işlər görülüb. Hazırda Zabuxun 797 sakini (207 ailə) doğma yurdda yaşayır. İllər əvvəl doğulduqları evlərindən ayrı düşüb köçkün həyatı yaşamağa məcbur olan insanlar qayıdışı böyük sevinclə qarşılayıblar.

Həmin görüntüləri təqdim edirik:

  • Sevinc
    Fevral 23, 2024 - 10:39

    Allah qəhrəman xalqımıza hər zaman sevincli və xoşbəxt günlər nəsib etsin! Ali baş komandanımız İlham Əliyevə, milli ordumuza, qazılərimizə çox sağ ol deyirik, şəhidlərimizə Allahdan rəhmət diləyirik! Qarabağ Azərbaycandır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*