Zaxarova: “ABŞ Ukraynaya uzun mənzilli raketlər göndərsə, qırmızı xətti keçəcək”backend

Zaxarova: "ABŞ Ukraynaya uzun mənzilli raketlər göndərsə, qırmızı xətti keçəcək"

“Əgər Vaşinqton Kiyevə uzun mənzilli raketlər vermək qərarına gəlsə, o zaman o, qırmızı xətti keçərək münaqişənin birbaşa iştirakçısına çevriləcək”.

KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Ukraynaya silah tədarükü döyüş əməliyyatlarının uzanmasına, mülki əhali arasında yeni itkilərə gətirib çıxarır.

“Bu, Rusiya ilə NATO ölkələri arasında birbaşa hərbi toqquşmanın təhlükəli xəttinə yaxınlaşdırır. Biz bir daha vurğulamaq istərdik ki, Kiyev rejimini silahla təmin edən ABŞ və onun müttəfiqləri əslində onun hərbi cinayətlərinə şərik olurlar”, – deyə o əlavə edib.

Qeyd edək ki, bir gün əvvəl “The Wall Street Journal” Ukraynanın 2023-cü ildə əks-hücum əməliyyatını davam etdirmək üçün ABŞ-dan silah tələb etdiyini yazıb. Tələb olunan silahlar arasında 300 km mənzilli “ATACMS” taktiki “yer-yer” ballistik raketləri də var.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*