Zaxarova hesab edir ki, Trampın fikirləri o, prezident səlahiyyətinə başladıqdan sonra təhlil edilə bilərbackend

Zaxarova hesab edir ki, Trampın fikirləri o, prezident səlahiyyətinə başladıqdan sonra təhlil edilə bilər

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Donald Trampın Qrenlandiya və Kanada ilə bağlı mövqeyinə cavab verməyib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, diplomat hələ  Trampın prezident səlahiyyətlərinə başlamadığından onun sözlərinin  qiymətləndirilməsini çox tez hesab edir: “O, rəsmən prezident olanda, səlahiyyətlərini tam yerinə yetirəndə, Birləşmiş Ştatların dövləti və xalqı adından rəsmi olaraq çıxış edəndə Trampın çıxışlarını qiymətləndirib təhlil etmək  olar.” Xatırladaq ki, Tramp Mar-a-Laqodakı iqamətgahında çıxışı zamanı Qrenlandiyanın ABŞ-nin tərkibinə qatacağını bildirmişdi. O, Qrenlandiyanın milli təhlükəsizlik və azad dünyanın müdafiəsi üçün strateji əhəmiyyətinə diqqət çəkib. Eyni zamanda, ABŞ-nin gələcək prezidenti Qrenlandiya və Panama kanalı üzərində nəzarəti bərqərar etmək üçün hərbi gücdən istifadə etməyəcəyinə dair vədlər verməyib. Bundan əvvəl Tramp Kanadanın ABŞ-nin 51-ci ştatı  olmasını da təklif etmişdi .

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*