Zelenskaya: “Prezidentə məsləhət vermək qeyri-etikdir”backend

Zelenskaya: “Prezidentə məsləhət vermək qeyri-etikdir”

Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya BBC-yə müsahibəsində ərinə məsləhət verib-vermədiyi barədə sualı cavablandırıb.

KONKRET.az xəbər verir ki, jurnalistin “Müəyyən hadisələrə necə reaksiya verdiyini görəndə kameralardan uzaq bir yerdə ona məsləhət verirsinizmi?” suaına Zelenskayaya belə cavab verib:

“Düşünürəm ki, prezidentə məsləhət vermək tamamilə qeyri-etikdir. Mən onun həyat yoldaşıyam, siyasi müşaviri deyiləm. Düzünü desəm, ailəmizdə bəzi şeyləri müzakirə etməyə çalışırıq. Yəni istənilən mövzuda danışa bilərik, amma məndən məsləhət istəmir. Versəm də, onlardan istifadə edəcəyinə əmin deyiləm. Mənim təcrübəmlə onun təcrübəsi arasında böyük uçurum var”, – deyə Zelenskaya qeyd edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*