Zelenski Arayikə qarşı sanksiya tətbiq etdibackend

Zelenski Arayikə qarşı sanksiya tətbiq etdi

Ukrayna prezidenti Volodimir Zelenski bir sıra ukraynalı və rusiyalı iş adamlarına, eləcə də şirkətlərə qarşı sanksiyalar tətbiq edib.

KONKRET.az xəbər verir ki, siyahıya “qaçaqmalçılıq kralı” adlandırılan iş adamları Vadim Alperin və Aleksandr Yerimiçuk da daxildir.

Sanskiya tətbiq olunan şəxslərin siyahısında iş adamı Viktor Şerman və Rusiya vətəndaşları Andrey Popov və Arayik Əmirxanyan da var.

Sanksiya çərçivəsində, tədbirlərə aktivlərin bloklanması və ticarət əməliyyatlarının məhdudlaşdırılması, Ukrayna ərazisində uçuşların və daşınmaların məhdudlaşdırılması, kapitalın Ukraynadan çıxarılmasının qadağan edilməsi və Ukrayna ərazisində fəaliyyətin qadağan olunması daxildir.

Burhan,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*