SpaceX-in qurucusu İlon Mask hesab edir ki, Rusiya Ukraynadan qoşunlarını çıxarmayacaq və müharibənin başa çatması yalnız Moskvaya müəyyən güzəştlər edilməsindən sonra mümkün olacaq.
KONKRET.az xəbər verir ki, The Economist jurnalına müsahibəsində Mask bildirib ki, Rusiyanın tam geri çəkiləcəyini gözləmək real deyil.
Onun fikrincə, praqmatik yanaşma nümayiş etdirmək və münaqişənin daha bir neçə il uzanmasına imkan verməmək lazımdır.
“Uzun müddətdir sülhün tərəfdarıyam. Rusiyaya müəyyən güzəştlərin edilməsinin zəruri olduğunu illər əvvəl də demişdim. Bu, Rusiyanı dəstəklədiyim anlamına gəlmir, sadəcə praqmatik mövqedir”, – deyə Mask vurğulayıb.
O qeyd edib ki, son iki-üç ildə cəbhə xətti demək olar ki, dəyişməyib və hər gün çoxlu insan həyatını itirir.
Mask həmçinin ön cəbhədə insanlar həlak olduğu halda, dəbdəbəli məclislərdə müharibə barədə bəyanatlar verən diplomatları tənqid edib və yaxın zamanda sülh sazişinin əldə olunacağına ümid etdiyini bildirib.
Mask bundan əvvəl də müharibənin sülh yolu ilə başa çatmasının vacibliyini vurğulamış, 2025-ci ilin martında Fox News-a müsahibəsində Donald Trampın sülh planını “nəticə verəcək yeganə plan” adlandırmışdı.
Müşviq Tofiqoğlu
KONKRET.az
