Zelenski reanimasiyada olması ilə bağlı yayılan saxta xəbərlərə CAVAB VERDİ – VİDEObackend

Zelenski reanimasiyada olması ilə bağlı yayılan saxta xəbərlərə CAVAB VERDİ - VİDEO

“Qocalığa hörmətlə yanaşırıq, amma mənim 70 deyil, 44 yaşım var”.

KONKRET.az xəbər verir ki, iyulun 21-də Ukrayna Prezidenti Volodimir Zelenski öz ofisində lentə aldığı videomüraciəti İnstaqramda yayımlayıb. Prezident Rusiya mediasında yayılan saxta xəbərləri təkzib etmək üçün video çəkib.

“Bu gün Rusiya dövlətin prezident Zelenski tərəfindən idarə olunmadığı, xəstəxanada, daha doğrusu, vəziyyəti ağır olduğu üçün reanimasiyada olduğu barədə daha bir saxta xəbər yayIB. Vəziyyəti ağırdır deyirlər. Gördüyünüz kimi, mən ofisimdəyəm. Heç vaxt özümü indiki kimi güclü hiss etməmişəm. Və belə saxta xəbər yayanlar üçün pis xəbərdir. Mən tək deyiləm, biz 40 milyonuq” , – Zelenski deyib.

O, səhhəti ilə bağlı dəfələrlə media və kəşfiyyat orqanları tərəfindən xəbəri yayılan Rusiya Prezidenti Vladimir Putinlə (oktyabrda 70 yaşı tamam olacaq) arasındakı yaş fərqinə də diqqət çəkib.

“Qocalığa hörmətlə yanaşırıq, amma mənim 70 deyil, 44 yaşım var. Ukraynaya eşq olsun!” – deyə Ukrayna Prezidenti bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*