Zelenski: Rusiya Azərbaycanda nüfuzunu itirirbackend

Zelenski: Rusiya Azərbaycanda nüfuzunu itirir

Rusiya Azərbaycan, Ermənistan və Moldovada nüfuzunu itirir.

KONKRET.az The Guardian-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiya son zamanlar beynəlxalq arenada bir sıra siyasi geriləmələrlə üzləşib və tədricən müxtəlif ölkələrdə təsirini itirir.

Ukrayna Prezidenti qeyd edib ki, Moskva artıq Avropada və postsovet məkanında əvvəlki mövqeyini qoruya bilmir.

Zelenski vurğulayıb ki, Rusiyanın ayrı-ayrı ölkələrdə təsirini qorumaq cəhdləri uğursuzluğa düçar və xarici siyasəti daha da beynəlxalq təcridə səbəb olur.

Bundan əlavə, o, regiondakı bir neçə ölkədəki siyasi dəyişikliklərə istinad edərək, Moskvanın oradakı təsirinin zəiflədiyini iddia edib. O bildirib ki, bu, Rusiyanın qlobal siyasətdəki ümumi mövqeyində əks olunur və həm ölkənin xarici, həm də daxili siyasəti üçün uzunmüddətli nəticələrə səbəb ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*