Zelenski Tokayevə TƏŞƏKKÜR ETDİ – FOTObackend

Zelenski Tokayevə TƏŞƏKKÜR ETDİ - FOTO

Zelenski Qazaxıstanın “LDXR”i tanımamasına görə Tokayevə təşəkkür edib.

KONKRET.az xəbər verir ki, bu barədə Zelenski Tvitter hesabında məlumat verib.

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub. O, xüsusən də “LXR” və “DXR” adlanan qurumların tanınmamasına görə təşəkkür edib.

“Qazaxıstan Prezidenti Tokayevlə telefon danışığım oldu. Mən ona Ukraynanın ərazi bütövlüyünə prinsipial dəstəyə, qondarma “LXR”, “DXR”i tanınmamasına görə təşəkkür etdim”, – Ukrayna Prezidenti yazıb.

O, həmçinin iqtisadiyyat, enerji, rəqəmsallaşma sahələrində konkret əməkdaşlıq layihələrinin müzakirə edildiyini və ölkələr arasında diplomatik əlaqələrin 30-cu ildönümü ilə bağlı təbriklərin mübadiləsinin aparıldığını qeyd edib.

Xəbər verdiyimiz kimi, iyunun 17-də Rusiya Prezidenti Vladimir Putinin iştirak etdiyi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qanunsuz silahlı birləşmələri olan “DXR” və “LXR” kvazi-dövlət əraziləri adlandırıb.

Qazaxıstan nə Tayvanı, nə Kosovonu, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanımır.

“Aydındır ki, bu prinsip bizim fikrimizcə, Luqansk və Donetsk olan kvazi-dövlət ərazilərinə də şamil olunacaq”, – Tokayev deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*