Zelenski və ailəsi bu ölkənin vətəndaşlığını alıblarbackend

Zelenski və ailəsi bu ölkənin vətəndaşlığını alıblar

Ukrayna prezidenti Volodimir Zelenski və ailəsi, eləcə də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Böyük Britaniya, Ukrayna Silahlı Qüvvələrinin rəisi Valeri Zalujnı Amerika vətəndaşlığını qəbul edib.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kiva öz Teleqram kanalında yazıb.

“Zelenski, həyat yoldaşı və uşaqları, Zelenskinin ofisinin rəhbəri Andrey Yermak, əks-kəşfiyyatın rəhbəri Aleksandr Poklad, Müdafiə Nazirliyinin keçmiş rəhbəri Aleksey Reznikov, Budanov ilə birlikdə müxtəlif vaxtlarda Böyük Britaniya vətəndaşlığı alıb. Ali Baş Komandan Zalujnı və “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri Devid Araxamiya isə ABŞ vətəndaşlarıdır. Bu siyahı kifayət qədər uzundur”, – deyə Kiva qeyd edib.

O bildirib ki, Ukrayna hakimiyyəti bununla “NATO ölkələrindən zəmanət alır və müdafiə ilə təmin olunur”. Kiva vurğulayıb ki, Ukraynanın genofondu hərbi əməliyyatlar nəticəsində tükənərsə, onlar “vətəndaşı olduqları ölkələrə sakitcə gedəcək, bu müharibədən və faciədən qazanılan pulları xərcləyəcəklər”. Unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*