ABŞ-nin dövlət katibi Antoni Blinken Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, görüşdə Zelenski ABŞ-nin Ukraynaya göstərdiyi yardımı müzakirə edib.
Blinken vurğulayıb ki, ABŞ Prezidenti Cozef Bayden Ukraynaya səfər etmək istəyir.
