“Əgər 2024-cü ildə seçkilər keçirilərsə, yenə prezidentliyə namizəd olacağam”.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, ölkə qanunvericiliyinə dəyişliklik etməyə hazırdı.
“Mən istəyirəm ki, hər şey şəffaf və qanuni olsun”, – deyə Zelenski qeyd edib.
Xatırladaq ki, gələn il Ukraynada prezident seçkiləri keçirilməlidir.
